LEQAL XƏBƏR məlumat verir ki, dünya bazarında neftin qiymətində kəskin artım qeydə alınıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 09:14-ə olan göstəricilərə əsasən, Londonun ICE birjasında sentyabr ayı üzrə "Brent" markalı neftin fyuçersləri 3,29 dollar və ya 4,33 faiz bahalaşaraq bir barel üçün 79,30 dollar təşkil edib.
Qeyd edək ki, əvvəlki ticarət sessiyasında "Brent" markalı neft 0,29 dollar (0,38 faiz) ucuzlaşaraq 76,01 dollar səviyyəsində qərarlaşmışdı.
Eyni zamanda, Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma üzrə WTI markalı xam neftin fyuçersləri 3,12 dollar və ya 4,37 faiz bahalaşaraq bir barel üçün 74,53 dollar olub.
Bundan əvvəl isə WTI markalı neftin qiyməti 0,67 dollar (0,93 faiz) azalaraq bir barel üçün 71,41 dollar səviyyəsində ticarət olunmuşdu.![]()