İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Maykl Ceksonun qızı atasının mirasından 600 milyon dollar tələb edir

Amerikalı müğənni və aktrisa Paris Cekson atası Maykl Ceksonun mirasından 600 milyon dollar (təxminən 1 milyard 20 milyon manat) tələb edib. Leqal Xəbər "Page Six" nəşrinə istinadən məlumat verir ki, 28 yaşlı Paris Cekson müğənninin vəsiyyətinin icraçısı Con Brankanı övladlarının miras

13 baxış 3 dəq

Amerikalı müğənni və aktrisa Paris Cekson atası Maykl Ceksonun mirasından 600 milyon dollar (təxminən 1 milyard 20 milyon manat) tələb edib.

Leqal Xəbər "Page Six" nəşrinə istinadən məlumat verir ki, 28 yaşlı Paris Cekson müğənninin vəsiyyətinin icraçısı Con Brankanı övladlarının miras payını əldə etməsinə mane olmaqda ittiham edib.

Onun sözlərinə görə, pop musiqisinin kralı Maykl Ceksonun vəfatından 17 il keçməsinə baxmayaraq, mirasdan ayrılan vəsaitin övladları üçün yaradılmış trast fondlarına köçürülməməsinin heç bir qanuni əsası yoxdur.

Paris Cekson iddia edir ki, atasının mirası milyardlarla dollar gəlir gətirsə də, onun və qardaşlarının - 29 yaşlı Prins və 24 yaşlı Bici Ceksonun xeyrinə yaradılmış fonda vəsait köçürülmür.

O, həmçinin övladların nə vaxt və hansı məbləğdə pul alacağına məhz Con Brankanın nəzarət etdiyini bildirib.

Maykl Ceksonun vəsiyyətnaməsində göstərilib ki, övladları 21 yaşına çatdıqdan sonra trast fondundakı paylarından gəlir əldə etməyə başlamalıdırlar. Lakin Paris Ceksonun iddiasına görə, bu, indiyədək baş verməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin