İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Gürcüstanda surroqat analıq qadağan olunur

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ölkədə surroqat analığın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib. Onun sözlərinə görə, hakim

22 baxış 3 dəq

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ölkədə surroqat analığın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.

Leqal Xəbər APA-ya əsasən məlumat  verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib.

Onun sözlərinə görə, hakim partiya surroqat analığın qadağan edilməsi barədə qərar qəbul edib və müvafiq qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq.

Kirtsxaliya bildirib ki, məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal məsləhətləşmələr aparılır.

O, təşəbbüsün əsas səbəbləri kimi insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı riskləri göstərib.

Parlament çoxluğunun lideri qeyd edib ki, surroqat analıq xidmətləri son illərdə Gürcüstanda genişlənib və bu sahədə iqtisadi maraqların artması müəyyən hüquqi və etik problemlər yaradır.

Kirtsxaliyanın sözlərinə görə, surroqat analıqdan əldə edilən maddi gəlir mövcud riskləri aradan qaldırmır.

O, qanun layihəsinin qısa müddətdə qəbul ediləcəyini gözlədiklərini bildirib.

Qeyd edək ki, Gürcüstanda surroqat analıq hazırda qanunla icazə verilən fəaliyyətdir. Ölkədə daha əvvəl də bu xidmətin xarici vətəndaşlar üçün məhdudlaşdırılması təşəbbüsü irəli sürülüb, lakin müvafiq qanun qəbul edilməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin