İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"The Weeknd"dən 1.3 milyard dollarlıq rekord: Elton Conu geridə qoydu

Kanadalı pop ifaçısı "The Weeknd" kişi müğənnilər arasında konsert turundan əldə olunan gəlirə görə yeni dünya rekordu müəyyən edib. Onun "After Hours Til Dawn" turu bu kateqoriyada ən çox gəlir gətirən konsert turu olub. Leqal Xəbər bildirir ki, bu barədə "Variety"

15 baxış 3 dəq

Kanadalı pop ifaçısı "The Weeknd" kişi müğənnilər arasında konsert turundan əldə olunan gəlirə görə yeni dünya rekordu müəyyən edib. Onun "After Hours Til Dawn" turu bu kateqoriyada ən çox gəlir gətirən konsert turu olub.

Leqal Xəbər bildirir ki, bu barədə "Variety" nəşri konsertlərin təşkili ilə məşğul olan "Live Nation" şirkətinə istinadən məlumat yayıb.

Bildirilib ki, turun ümumi gəliri 1,3 milyard dolları keçib. Bununla da "The Weeknd" bu göstəriciyə görə Elton Conu geridə qoyub. Britaniyalı musiqiçinin "Farewell Yellow Brick Road" vida turu 939 milyon dollar gəlir gətirmişdi.

Bütün dövrlərin ən çox gəlir gətirən konsert turları siyahısında "After Hours Til Dawn" üçüncü yeri tutub. Bu göstəriciyə görə "The Weeknd" yalnız Teylor Sviftdən və "Coldplay" qrupundan geri qalır.

Qeyd edək ki, tur 2022-ci ilin iyulunda başlayıb və 2026-cı il noyabrın 5-də Kuala-Lumpurda keçirilən konsertlə başa çatıb. Dörd il ərzində sənətçi beş qitənin 30 ölkəsində yerləşən 67 şəhərdə ümumilikdə 176 konsert verib. Konsertlərə 9 milyondan çox tamaşaçı bilet alıb.

Turun son ilində də yüksək nəticə qeydə alınıb: təkcə 2026-cı ildə konsertlərdən əldə olunan gəlir 500 milyon dolları keçib.

Xəbəri paylaş Dostlarınıza göndərin