Şou-biznesdə diqqət çəkən məqamlardan biri müğənni Mətanət Əsədovanın efirdə verdiyi emosional reaksiya olub. Bildirilir ki, veriliş zamanı Şəbnəm Tovuzlunun adı çəkiləndə sənətçi kəskin şəkildə əsəbiləşib və sərt açıqlamalarla çıxış edib.
Məlumata görə, aparıcının sualı Əsədovanın narazılığına səbəb olub. Sənətçi mövzu barədə danışmaq istəmədiyini vurğulasa da, sonradan emosiyalarını gizlədə bilməyərək münasibətini sərt formada ifadə edib. Studiyada yaşanan gərgin anlar izləyicilərin diqqətindən qaçmayıb. Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalar doğurub. Bəzi izləyicilər sənətçinin reaksiyasını başa düşdüklərini bildirsə də, digərləri məsələnin şişirdildiyini qeyd edir.