LEQAL XƏBƏR məlumat verir ki, məşhur müğənni Deniz Seki İstanbulda yaşadığı evdə bədbəxt hadisə keçirib.
Məlumata görə, gecə saatlarında balkona çıxarkən ayağı sürüşən sənətçi yıxılıb və xəstəxanaya aparılıb.
Həkimlərin müayinəsi zamanı onun bud-çanaq nahiyəsində sınıq və onurğasında zədələnmə aşkarlanıb.
Deniz Seki müalicəsi üçün əməliyyata götürülüb.