Leqal xəbər məlumat verir ki, Azərbaycanın Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Hadisenin Bakı konserti zamanı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Dadaşova bildirib ki, milli məsələlərdə heç vaxt biganə qala bilməz:
“Millətimə söz atılıbsa, cavabını verməliyəm. Cavab verməsəm, ürəyimdə qalır”
Müğənni Hadisənin Azərbaycan qadınlarının makiyajı ilə bağlı dediklərini tənqid edib:
“Xoşuma gəlmədi, sözümü dedim. Deyir ki, Azərbaycan qadını abartılı makiyaj edir. Sən kimsən belə deyəsən?”
“Səhnədə insan yaxşı görünməlidir, amma o qədər yox. Həddini aşırsan və hədd aşmadan danışırsan”
Qeyd edək ki, Hadisənin Bakı konsertində səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Brilliant Dadaşova Hadisəyə cavab verdi: “Millətimə söz deyənə susmaram”
Leqal xəbər məlumat verir ki, Azərbaycanın Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Hadisenin Bakı konserti zamanı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Dadaşova bildirib ki, milli məsələlərdə heç vaxt biganə qala bilməz: “Millətimə söz atılıbsa, cavabını verməliyəm. Cavab verməsəm,
21 baxış
3 dəq
