Leqal xəbər məlumat verir ki, Türkiyəli aktrisa Pelin Karahan evliliklə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. 12 illik həyat yoldaşından ayrılan aktrisa hesab edir ki, evlilik müddətli müqavilə formasında olmalıdır.
Aktrisanın sözlərinə görə, nikahlar üç illik müqavilə əsasında bağlanmalı və müddət başa çatdıqdan sonra tərəflər istəsələr münasibəti davam etdirməlidirlər. O bildirib ki, bu yanaşma münasibətlərdə hörmət və diqqətin qorunmasına kömək edə bilər.
Pelin Karahan qeyd edib ki, bəzi insanlar uşaqlar və maddi səbəblər üzündən istəmədikləri halda evliliklərini davam etdirirlər. Onun fikrincə, müddətli evlilik modeli tərəflərin münasibətlərə daha çox diqqət ayırmasına səbəb ola bilər.
Xatırladaq ki, daha əvvəl türkiyəli müğənni və aktrisa Hülya Avşar da evliliklərin müəyyən müddətli olması ilə bağlı oxşar fikir səsləndirmişdi.