İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

SADƏCƏ BİR GÜNƏŞ YANIĞI SAĞLAMLIĞINIZI HƏMİŞƏLİK DƏYİŞƏ BİLƏR

LEQAL XƏBƏR məlumat verir ki, alimlərin apardığı araşdırmaya əsasən, güclü günəş yanıqları yastıhüceyrəli dəri xərçənginin yaranma riskini əhəmiyyətli dərəcədə artıra bilər. Tədqiqatın nəticələri “JAMA Dermatology” jurnalında dərc olunub. Araşdırma çərçivəsində ümumilikdə 321 mindən çox insanın

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, alimlərin apardığı araşdırmaya əsasən, güclü günəş yanıqları yastıhüceyrəli dəri xərçənginin yaranma riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Tədqiqatın nəticələri “JAMA Dermatology” jurnalında dərc olunub. Araşdırma çərçivəsində ümumilikdə 321 mindən çox insanın iştirak etdiyi 17 tədqiqatın məlumatları təhlil edilib.

Məlum olub ki, şiddətli günəş yanıqlarına məruz qalan insanlarda yastıhüceyrəli dəri xərçənginin yaranma riski orta tezlikdə günəş yanığı keçirənlərlə müqayisədə 51 faiz, yüksək tezlikdə günəş yanığı keçirənlərdə isə 69 faiz daha çoxdur.

Alimlər xüsusilə uşaqlıq dövründə baş verən günəş yanıqlarının təhlükəli olduğunu vurğulayıblar. Uşaqlıqda tez-tez günəş yanığı keçirən şəxslərdə sonrakı yaşlarda dəri xərçəngi riskinin təxminən üç dəfə artdığı müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, ultrabənövşəyi şüalar dəri hüceyrələrinin DNT-sinə zərər vurur. Günəş yanığının yaratdığı ağrı və qızartı aradan qalxsa da, hüceyrələrdə yaranan zədələnmələr uzun müddət qala bilər. Zamanla bu zədələr xərçəngə səbəb ola biləcək mutasiyaların yaranmasına gətirib çıxara bilər.

Dermatoloq Ayzek Ueber qeyd edib ki, günəş yanıqları ilə xərçəng riski arasında oxşar əlaqə daha əvvəl melanoma və bazal hüceyrəli dəri xərçəngi ilə bağlı araşdırmalarda da müəyyən edilib.

Mütəxəssislər günəşin zərərli təsirindən qorunmaq üçün uzunqollu geyimlərdən, baş geyimlərindən və günəşdən qoruyucu kremlərdən istifadə etməyi, xüsusilə günorta saatlarında birbaşa günəş altında uzun müddət qalmamağı tövsiyə edirlər.

Xəbəri paylaş Dostlarınıza göndərin