İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər - Xəbərdarlıq

ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) GLP-1 reseptor agonistlərinin istifadəsi zamanı qəfil görmə itkisinə səbəb ola bilən nadir göz xəstəliyi riskinin arta biləcəyi barədə xəbərdarlıq edib. Leqal Xəbər FDA-nın rəsmi saytına istinadən məlumat verir ki, söhbət qeyri-arteritik ön işemik optik

16 baxış 3 dəq

ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) GLP-1 reseptor agonistlərinin istifadəsi zamanı qəfil görmə itkisinə səbəb ola bilən nadir göz xəstəliyi riskinin arta biləcəyi barədə xəbərdarlıq edib.

Leqal Xəbər FDA-nın rəsmi saytına istinadən məlumat verir ki, söhbət qeyri-arteritik ön işemik optik neyropatiyadan (NAION) gedir. Bu xəstəlik bir gözdə görmənin qəfil və ağrısız zəifləməsinə, bəzi hallarda isə daimi görmə itkisinə səbəb ola bilər. Xəstəlik bir gözdə inkişaf etdikdə digər gözdə də yaranma riski artır.

FDA əsasən arıqlamaq üçün istifadə olunan "Ozempic" və "Wegovy" də daxil olmaqla, bu qrupa aid bütün preparatların rəsmi istifadə məlumatının "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə mümkün risk barədə məlumatın əlavə edilməsini tələb edib.

Qurum bu preparatları qəbul edən şəxsləri bir gözdə görmənin qəfil və ağrısız zəifləməsi, görüntünün bulanıqlaşması, görmə sahəsinin bir hissəsinin itməsi və ya rənglərin təhrif olunmuş şəkildə qavranılması hallarında dərhal həkimə müraciət etməyə çağırıb.

FDA-nın məlumatına görə, xəstəlik görmə sinirinin ön hissəsinə qan axınının azalması nəticəsində yaranır. Qan axınının niyə azaldığı isə hələ tam aydınlaşdırılmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin