Ağstafada iki qardaşın xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Hadisə rayon ərazisindəki restoranlardan birində baş verib. Qazax rayon sakinləri, 2003-cü il təvəllüdlü Nicat Vəliyev və 2005-ci il təvəllüdlü Xəyal Vəliyev restoranda sərxoş vəziyyətdə yeyib-içiblər.
Qardaşlar səs-küy salaraq digər müştərilərin istirahətinə mane olduqları üçün restoran sahibi onlara irad bildirib. Bu zaman Xəyal stoldakı pivə bakalını sındıraraq özünə xəsarət yetirib. Qardaşı Nicat qırılmış bakalı onun əlindən almağa çalışarkən özü də xəsarət alıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.