İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ötən gün yol qəzalarında 3 piyada həyatını itirib

Cari ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu göstərici respublika üzrə ümumi yol qəzalarının 41.1 faizini təşkil edir. Təkcə bir gün – 12 noyabr tarixində Xəzər, Qaradağ və Ağsu rayonları ərazisində sutkanın qaranlıq vaxtı törədilən

13 baxış 3 dəq

Cari ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu göstərici respublika üzrə ümumi yol qəzalarının 41.1 faizini təşkil edir. Təkcə bir gün – 12 noyabr tarixində Xəzər, Qaradağ və Ağsu rayonları ərazisində sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada dünyasını dəyişib. Leqal Xəbər DİN-ə əsasən, məlumat verir.

Rəqəmlə ifadə olunan bu hadisələr təkcə 3 nəfərin faciəsi deyil. Zərərçəkmişlərlə yanaşı, təqsirləndirilən şəxslərin də birbaşa taleyinə, ailəsinə sirayət edən bu hadisələr, əslində bərpası mümkün olmayan itkilərdir.

Təəssüf ki, məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarının mövcudluğu yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edir: Yol birgə istifadə məkanıdır! Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı potensial faciə qurbanıdır.

Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli keçməkdir.

Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin