Bakının Qaradağ rayonu ərazisində gənc əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə səhər saatlarında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtobus idarəetmədən çıxaraq yoldan aşıb. Qəza zamanı avtobusda gənc əsgərlərin olduğu bildirilir.
Hadisə nəticəsində xəsarət alanların olduğu qeyd edilir. Yaralıların sayı, onların vəziyyəti və hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.![]()