İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Piyadanın ölümü ilə nəticələnən qəzanın təfərrüatları məlum olub

Şamaxıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Hadisə Bakı–Şamaxı yolunun Şamaxı rayonunun Mirzə Ələkbər Sabir qəsəbəsindən keçən hissəsində, köməkçi yolda baş verib. Məlumata görə, Şamaxı sakini Aytac Bəkirovanın idarə etdiyi avtomobil yolu keçmək

11 baxış 3 dəq

Şamaxıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Hadisə Bakı–Şamaxı yolunun Şamaxı rayonunun Mirzə Ələkbər Sabir qəsəbəsindən keçən hissəsində, köməkçi yolda baş verib.

Məlumata görə, Şamaxı sakini Aytac Bəkirovanın idarə etdiyi avtomobil yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Elmira Əliyevanı vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb.

Ağır xəsarətlər alan Elmira Əliyeva hadisə yerində həyatını itirib.

Yaxınlarının sözlərinə görə, mərhum Bakıda yaşayıb və bacısı nəvəsinin hərbi xidmətə yola salınması ilə əlaqədar Şamaxıya gəlib. Hadisə onun qohumlarının evindən qayıtdığı zaman yolu keçmək istəyərkən baş verib.

Mərhumun qohumu hadisə anını belə xatırlayıb:

“Yoldan keçirdim, qəzanı görüb maşını saxladım. Hadisə yerinə yaxınlaşanda gördüm ki, yerdə uzanan şəxs bibimdir. Mən gələndə artıq həyatını itirmişdi”.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Hadisənin səbəbləri, qəzanın başvermə şəraiti və digər hallarla bağlı araşdırma aparılır.

İstintaqın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin