İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ƏMLAK ÜZƏRİNƏ HƏBS QOYULMASI İLƏ BAĞLI YENİ QAYDA

LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev əmlak üzərinə həbs qoyulması ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb. Yeni qanuna əsasən, cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı məhkəmə nəzarəti

13 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev əmlak üzərinə həbs qoyulması ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb.

Yeni qanuna əsasən, cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.

Dəyişikliklərə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə qərarla qanuni mənafeyinə toxunulan şəxslər cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil ediləcək. Onlar qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb olunacaq və apellyasiya, kassasiya, eləcə də əlavə kassasiya şikayəti vermək hüququ əldə edəcəklər.

Qanunda nəzərdə tutulan digər yeniliyə görə, əmlak üzərinə həbs qoyulması barədə qərarlardan artıq mülki məhkəmə icraatı qaydasında deyil, məhkəmə nəzarəti qaydasında şikayət veriləcək.

Bildirilib ki, bu mexanizm mülki məhkəmə icraatı ilə müqayisədə materiallara daha operativ baxılmasına və qərarların daha qısa müddətdə qəbul edilməsinə imkan yaradacaq. Eyni zamanda, sonradan məhkəmə qərarının preyudisial əhəmiyyəti ilə bağlı yarana biləcək hüquqi mübahisələrin də qarşısını alacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin