LEQAL XƏBƏR məlumat verir ki, Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Məhkəmə iclasına hakim Murad Aslanov sədrlik edəcək. Proses zamanı bir neçə şahidin ifadəsinin dinlənilməsi nəzərdə tutulur.
Məlumata görə, cinayət işi üzrə məhkəmə iclasının əvvəlcə bu həftənin ilk günlərində keçirilməsi planlaşdırılsa da, texniki səbəblərdən proses baş tutmayıb. Bu səbəbdən növbəti iclas oktyabrın 16-na təyin edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham olunur.
Cinayət işi üzrə hazırlıq iclası sentyabrın 21-də keçirilib.