EQAL XƏBƏR məlumat verir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində “Changan” markalı minik avtomobili ilə “ZiL” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 2007-ci il təvəllüdlü Nihad Fərhad oğlu Məmmədovu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
![]()