Son dövrlər marketlərdə satılan bəzi uşaq qidalarının keyfiyyəti ilə bağlı narahatlıqlar artır. Valideynlər məhsulların tərkibində yüksək miqdarda şəkər, süni rəngləndirici və qoruyucu maddələrin olduğunu bildirərək bu qidaların uşaqların sağlamlığına mənfi təsir göstərə biləcəyini deyirlər. Mütəxəssislər qeyd edir ki, xüsusilə ucuz qiymətə satılan bəzi uşaq desertləri, qazlı içkilər, şirniyyatlar və hazır qəlyanaltılar qida dəyəri baxımından zəif olur. Dietoloqların sözlərinə görə, bu cür məhsulların tez-tez istifadəsi piylənmə, diş problemləri və metabolik pozuntular riskini artırır. Qida təhlükəsizliyi üzrə ekspertlər məhsul alınarkən etiketlərin diqqətlə oxunmasını, tərkibində palma yağı, süni dadlandırıcı və yüksək şəkər olan qidalardan uzaq durmağı tövsiyə edir. Onlar həmçinin valideynləri mümkün qədər təbii və ev şəraitində hazırlanmış qidalara üstünlük verməyə çağırır.
Keyfiyyətsiz qidalar narahatlıq yaradır
Son dövrlər marketlərdə satılan bəzi uşaq qidalarının keyfiyyəti ilə bağlı narahatlıqlar artır. Valideynlər məhsulların tərkibində yüksək miqdarda şəkər, süni rəngləndirici və qoruyucu maddələrin olduğunu bildirərək bu qidaların uşaqların sağlamlığına mənfi təsir göstərə biləcəyini deyirlər.
12 baxış
3 dəq
