İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

GÜNVURMA ZAMANI NƏ ETMƏLİ VƏ NƏ ETMƏMƏLİ?

LEQAL XƏBƏR məlumat verir ki, yay aylarında günəş altında uzun müddət qalmaq günvurma riskini artırır. Mütəxəssislərin sözlərinə görə, günvurma bədən hərarətinin təhlükəli səviyyəyə yüksəlməsi nəticəsində yaranan təcili tibbi vəziyyətdir. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir

12 baxış 3 dəq


LEQAL XƏBƏR məlumat verir ki, yay aylarında günəş altında uzun müddət qalmaq günvurma riskini artırır. Mütəxəssislərin sözlərinə görə, günvurma bədən hərarətinin təhlükəli səviyyəyə yüksəlməsi nəticəsində yaranan təcili tibbi vəziyyətdir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, günün ən isti saatları olan 11:00-17:00 aralığında birbaşa günəş şüaları altında qalmaq məsləhət görülmür. Günvurmadan qorunmaq üçün bol su içmək, açıq rəngli və hava keçirən geyimlərdən istifadə etmək, papaq və gün eynəyi taxmaq tövsiyə olunur. Həmçinin fiziki fəaliyyətlərin səhər və axşam saatlarına salınması vacib hesab edilir.
Mütəxəssisin sözlərinə görə, günvurmanın ilkin əlamətləri arasında güclü susuzluq, həddindən artıq tərləmə, halsızlıq, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və əzələ qıcolmaları yer alır. Ağır hallarda isə bədən hərarəti 40 dərəcədən yuxarı qalxa, nitq pozuntusu, tarazlığın itməsi, qıcolma və huşun itməsi baş verə bilər.
Belə hallarda zərərçəkən şəxs dərhal kölgə və ya sərin yerə aparılmalı, artıq geyimləri çıxarılmalı və bədəni soyudulmalıdır. Boyun və qoltuqaltı nahiyələrinə soyuq kompres qoyulması, bədənin sərin su ilə silinməsi tövsiyə edilir. Şəxs ayıqdırsa, ona az-az sərin su və ya minerallı su verilməlidir.
Mütəxəssis xəbərdarlıq edib ki, günvuran şəxsi qəfil buz kimi suya salmaq olmaz. Bu, orqanizmdə şok yarada bilər. Həmçinin huşu bulanıq və ya huşsuz insana su vermək qəti qadağandır. Belə hallarda dərhal təcili tibbi yardım çağırılmalı və xəstənin vəziyyəti nəzarətdə saxlanılmalıdır.
Xəbəri paylaş Dostlarınıza göndərin