İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Çantanı oğurladı, üstəlik 50 manat “şirinlik” aldı

Bakıda oğurluq hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Çanta oğurlayan şəxs sonradan onun sahibindən əşyaları geri qaytarmaq müqabilində 50 manat “şirinlik” alıb. Lakin verilən vədə tam əməl etməyib. Leqal Xəbər xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən “Gloria Jeans” mağazasında baş

9 baxış 3 dəq

Bakıda oğurluq hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Çanta oğurlayan şəxs sonradan onun sahibindən əşyaları geri qaytarmaq müqabilində 50 manat “şirinlik” alıb. Lakin verilən vədə tam əməl etməyib.

Leqal Xəbər xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən “Gloria Jeans” mağazasında baş verib.

Məhkəmə materiallarına görə, 1992-ci il təvəllüdlü Qulaməli Cəfərli (ad-soyad şərtidir) maddi çətinlik səbəbindən yol pulu tapmaq məqsədilə mağazada müştəri kimi əyləşən qadının çantasını oğurlayıb.

Çantanın içərisində BMW markalı avtomobilin açarı, 5 manat pul və müxtəlif sənədlər olub. Qulaməli çantadan götürdüyü 5 manatla özünə dönər alıb.

Hadisədən sonra qadın “iPhone” markalı mobil telefonuna zəng edərək çantanı götürən şəxslə əlaqə saxlayıb. Telefon danışığı zamanı qadın əşyalarının geri qaytarılması müqabilində ona 50 manat “şirinlik” verəcəyini bildirib.

Qulaməli təklifi qəbul edib və qadın razılaşdırılmış məbləği onun bank kartına göndərib. Bundan sonra o, çantanı metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən dönər köşklərindən birinin yanına qoyacağını bildirib.

Qadın deyilən ünvana gedərək çantanı tapsa da, içərisində mobil telefon və 5 manat pulun olmadığını görüb. Araşdırma zamanı məlum olub ki, Q.Cəfərli mobil telefonu 300 manata satıb.

Hadisə ilə bağlı qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Lakin sonradan məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Qulaməli Cəfərlinin azadlığı 2 il 2 ay müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəza növü olaraq şəxsin müəyyən qaydalara və məhdudiyyətlərə əməl etməsini nəzərdə tutur.

Xəbəri paylaş Dostlarınıza göndərin