Bərdədə restoran administratoru mübahisə zamanı müştərinin burnunu sındırıb.
Leqalxeber.az-ın məlumatına görə, restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə ilə münasibətdə olan Yalçın onun müştərilər üçün oxumasına etiraz edərək səs-küy yaradıb. Administrator Rafil Əhmədov onu restorandan çıxarıb.
İki gün sonra Yalçın yenidən restorana gələrək R.Əhmədovla mübahisə edib. Dava zamanı administrator baş zərbəsi ilə onun burnunu sındırıb.
R.Əhmədov saxlanılıb və barəsində cinayət işi açılıb. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.![]()
Bərdədə restoranda dava:
Bərdədə restoran administratoru mübahisə zamanı müştərinin burnunu sındırıb. Leqalxeber.az-ın məlumatına görə, restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə ilə münasibətdə olan Yalçın onun müştərilər üçün oxumasına etiraz edərək səs-küy yaradıb. Administrator Rafil Əhmədov onu restorandan
13 baxış
3 dəq