İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"ARZUM" YENİDƏN HAKİM QARŞISINA ÇIXARILACAQ

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə bağlı məhkum edilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verib. LEQAL XƏBƏR verir ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev məlumat verib. Vəkilin

13 baxış 3 dəq

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə bağlı məhkum edilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verib.

LEQAL XƏBƏR verir ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə, İlduzə Hacıyeva Xəzər Rayon Məhkəməsinin barəsində çıxardığı qərardan narazıdır və hökmün dəyişdirilməsi üçün apellyasiya instansiyasına müraciət edib.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəmədən onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyun ayında Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, digər şəxs isə ağır xəsarət alıb.

"Arzum 9999" ləqəbli tiktokerə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş Dostlarınıza göndərin