Leqal xəbər bildirirki, Bakının Nizami rayonunda, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, “Nazlı Saray” restoranının yaxınlığında bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Araşdırma zamanı məlum olub ki, “Toyota Corolla”, “Hyundai” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. Qəza zamanı “Toyota Prius” markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Nəzrin İslamzadə müxtəlif dərəcəli xəsarətlər alaraq nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə onu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Zəncirvari qəza
Leqal xəbər bildirirki, Bakının Nizami rayonunda, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, “Nazlı Saray” restoranının yaxınlığında bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri
11 baxış
3 dəq
