İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol

Bu gün Şuşaya gedən və Azərbaycan xalqının tarixi Qələbəsinin rəmzlərindən birinə çevrilən Zəfər yolunun istifadəyə verilməsindən 5 il ötür. Leqal Xəbər məlumat verir ki, 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılış

10 baxış 3 dəq

Bu gün Şuşaya gedən və Azərbaycan xalqının tarixi Qələbəsinin rəmzlərindən birinə çevrilən Zəfər yolunun istifadəyə verilməsindən 5 il ötür.

Leqal Xəbər məlumat verir ki, 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılış mərasimində iştirak ediblər.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun təməli 2020-ci il noyabrın 16-da qoyulub. Tikintisinə Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra başlanılan yolun ümumi uzunluğu 101 kilometrdir.

Zəfər yolu Füzuli, Xocavənd, Xocalı rayonlarının ərazisindən keçərək Şuşa şəhərinə qədər uzanır. Avtomobil yolu 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Bu yolun inşası təkcə nəqliyyat infrastrukturunun qurulması baxımından deyil, həm də tarixi və mənəvi əhəmiyyətinə görə xüsusi yer tutur. Belə ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Şuşanı azad etmək üçün istifadə etdiyi dağ cığırlarının əbədiləşdirilməsi məqsədilə yeni avtomobil yolu inşa edilib.

Prezident İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan layihə qısa müddətdə tamamlanaraq istifadəyə verilib.

Bu gün Zəfər yolu Qarabağın bərpası, bölgədə nəqliyyat əlaqələrinin genişləndirilməsi və doğma yurdlarına qayıdan sakinlərin rahat gediş-gəlişinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Zəfər yolu həm də 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin, Şuşanın azadlığı uğrunda göstərilən qəhrəmanlığın və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfərin simvollarından biridir.

Xatırladaq ki, 7 noyabr 2026-cı il tarixinə yolun rəsmi açılışından 5 il ötür. Təməlqoyma isə 16 noyabr 2020-ci ildə baş tutub.


Xəbəri paylaş Dostlarınıza göndərin