İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Zahid Oruc tıxacların günahkarını açıqladı

"Bakı əhalisinin dəqiq monitorinqlərini aparın, onun çox mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır". Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib. "Bu o deməkdir ki, Bakıda tunellərə,

8 baxış 3 dəq

"Bakı əhalisinin dəqiq monitorinqlərini aparın, onun çox mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır".

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

"Bu o deməkdir ki, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına edilən basqını artırırıq və hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur.

Bir neçə gün öncə ölkəmizdə differensial iş qrafikinin tətbiqinin də şahidi olduq. Əslində, bunu müsbət qiymətləndirmək olar, çünki pik saatlar müəyyən qədər dəyişir. Lakin ölkə başçısı kənd təsərrüfatına həsr olunan müşavirədə daxili miqrasiya məsələsinə xüsusi toxundu və narahatlığını ifadə etdi. Kənd əhalisinin daimi məskunluğunun təmin edilməsi paytaxta əhali axınını azaltmaq üçün mühüm dövlət siyasətinə çevrilə bilər.

Həqiqətən, şəhərlə kənd arasında mütənasibliyin qorunması və əhalinin coğrafi paylanması baxımından hökumət maksimum dərəcədə çalışmalıdır ki, kəndlərdə yaşayan insanların mənafeləri dövlət siyasətində ön yerə qoyulsun.

Bizim boşalan kəndlərimizə qayıdış proqramı lazımdır. Həqiqətən insanlar o bölgələrdə yaşasınlar və ekoloji təmiz məhsul istehsal olunsun. Kəndə gedəndə kəndli insanı görəsən, kənd turizmi inkişaf etsin", - deputat əlavə edib.

Xəbəri paylaş Dostlarınıza göndərin