Leqal xəbər məlumat verir ki,Nazirlər Kabineti Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsi barədə qərar qəbul edib. Məlumata görə, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, ödənişli hissənin başlanğıcı M-6 Hacıqabul–Bəhramtəpə–Minçivan yolunun 157-ci kilometrindən, sonu isə Əhmədbəyli–Füzuli–Şuşa yolunun (Zəfər yolu) 100,5-ci kilometrinə qədər müəyyən edilib. Həmçinin bildirilib ki, yolun müxtəlif hissələrində digər magistral yollarla kəsişmələr və birləşmələr nəzərdə tutulub. Bunlara Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolu, Füzuli Beynəlxalq Hava Limanına giriş və Füzuli şəhərinə giriş yolları daxildir.
Qərarın məqsədi yol infrastrukturunun saxlanılması və xidmət keyfiyyətinin artırılması kimi izah olunur.
Yolun bir hissəsi ödənişli olacaq
Leqal xəbər məlumat verir ki,Nazirlər Kabineti Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsi barədə qərar qəbul edib. Məlumata görə, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, ödənişli hissənin başlanğıcı M-6
17 baxış
3 dəq
