Leqal xəbər bildirirki, Azərbaycanda icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm dəyişikliklər edilir.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bu sahədə sistem yenidən qurulur və bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilir. Fərmana uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək yeni qurum – Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılır. Bu qurum icbari tibbi sığortanın tətbiqi, maliyyə vəsaitlərinin idarə olunması, tibbi xidmətlərin maliyyələşdirilməsi və əlilliyin müəyyən edilməsi kimi funksiyaları həyata keçirəcək.
Eyni zamanda, dərman təminatı səlahiyyətləri TƏBİB-ə, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə verilir. Yeni agentliyin idarə olunması 5 nəfərlik İdarə Heyəti tərəfindən həyata keçiriləcək. Qeyd olunur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artıq əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə həvalə edilib. Məlumata görə, səhiyyə sahəsində islahatların növbəti mərhələdə də davam etdirilməsi gözlənilir.
Yeni qurum yaradılır
Leqal xəbər bildirirki, Azərbaycanda icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm dəyişikliklər edilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bu sahədə sistem yenidən qurulur və bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
15 baxış
3 dəq
