Leqal xəbər məlumat verir ki, Yeni Klinikaya direktor təyinatı həyata keçirilib.
Məlumata görə, bu vəzifəyə Zəhra Vəzirova gətirilib. O, bundan əvvəl İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb.
Zəhra Vəzirova eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.