İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Yeni avtobus zolağı təşkil edilib

Ətraf ərazilərdən paytaxta daxil olan sərnişinlər üçün yeni və əlverişli alternativ yaradılıb. Artıq metronun “20 Yanvar” stansiyasına və “Şamaxinka” adlanan əraziyə getmədən metronun “Avtovağzal” stansiyasından ödənişsiz istifadə etmək mümkündür. “Avtovağzal” metrostansiyasına girişin ödənişsiz

11 baxış 3 dəq

Ətraf ərazilərdən paytaxta daxil olan sərnişinlər üçün yeni və əlverişli alternativ yaradılıb. Artıq metronun “20 Yanvar” stansiyasına və “Şamaxinka” adlanan əraziyə getmədən metronun “Avtovağzal” stansiyasından ödənişsiz istifadə etmək mümkündür.

“Avtovağzal” metrostansiyasına girişin ödənişsiz olması nəzərə alınaraq, sərnişinlərin bu imkandan daha rahat yararlanması üçün həmin ərazidəki dayanacağa əlavə 16 marşrut yönləndirilib.

Ərazidə nəqliyyat intensivliyinin artacağı nəzərə alınaraq, avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışını təmin etmək məqsədilə yeni nəqliyyat həlli tətbiq olunub.

Belə ki, əvvəllər metronun “Avtovağzal” stansiyasının qarşısından hərəkət edən avtobuslar müəyyən trayektoriya üzrə irəliləyərək Bakı-Sumqayıt yoluna çıxırdı. Bu isə avtobusların hərəkət məsafəsini əlavə 1,1 kilometr artırırdı.

Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib. Nəticədə avtobusların hərəkət məsafəsi 1,1 kilometrdən təxminən 100 metrədək azaldılıb.

Yeni həll avtobusların hərəkət sürətinin artırılmasına, vaxt itkisinin azalmasına və sərnişinlərin daha rahat daşınmasına imkan verir.

Xəbəri paylaş Dostlarınıza göndərin