İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Yasamalda qəzalı eyvanlar və köhnə fasadlar təmir edilir

Yasamal rayonunda köhnə çoxmənzilli yaşayış binalarının təhlükəsizliyinin təmin edilməsi və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində növbəti təmir-bərpa işləri həyata keçirilir. Aparılan işlər çərçivəsində uzun illər istismar olunmuş binaların qəzalı vəziyyətdə olan eyvanları bərpa edilir,

11 baxış 3 dəq

Yasamal rayonunda köhnə çoxmənzilli yaşayış binalarının təhlükəsizliyinin təmin edilməsi və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində növbəti təmir-bərpa işləri həyata keçirilir.

Aparılan işlər çərçivəsində uzun illər istismar olunmuş binaların qəzalı vəziyyətdə olan eyvanları bərpa edilir, təhlükə yaradan konstruksiyalar yenilənir, köhnə fasadlar təmir olunaraq müasir görkəmə gətirilir. Eyni zamanda binaların xarici görünüşünün yaxşılaşdırılması, daş üzlüklərin bərpası və ətraf ərazilərdə abadlıq işləri də görülür.




Xüsusi texnikanın cəlb olunduğu işlər sakinlərin təhlükəsizliyinin təmin olunmasına, binaların istismar müddətinin uzadılmasına və rayonun ümumi şəhərsalma görünüşünün daha da yaxşılaşdırılmasına xidmət edir.

Yasamal rayonunda həyata keçirilən bu yenilənmə işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.


Xəbəri paylaş Dostlarınıza göndərin