LEQAL XƏBƏR məlumat verir ki, Yaponiyanın mərkəzi hissəsində yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub.
Təbii fəlakət nəticəsində ən azı 5 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.
Məlumata görə, ən ağır vəziyyət Tiba prefekturasında qeydə alınıb. Tiba və qonşu İbaraki prefekturalarında 120 minə yaxın sakin üçün təxliyə əmri qüvvədədir.
Güclü yağışlar ölkədə nəqliyyatın hərəkətində də ciddi problemlər yaradıb. Dəmir yolu xətlərində fasilələr yaranıb, Narita Beynəlxalq Hava Limanını Tokio ilə birləşdirən marşrutlarda hərəkət pozulub. Nəticədə hava limanında təxminən 7 min sərnişin qalıb.
Yaponiyanın mərkəzi hissəsinin bəzi ərazilərində sutkalıq yağıntının miqdarı 360 millimetrdən çox olub.