İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydası təsdiq edilib

Nazirlər Kabineti "Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası"nı təsdiqləyib. Leqal Xəbər bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qayda "Texniki tənzimləmə haqqında" qanunun

10 baxış 3 dəq

Nazirlər Kabineti "Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası"nı təsdiqləyib.

Leqal Xəbər bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qayda "Texniki tənzimləmə haqqında" qanunun 13.11-ci maddəsinə uyğun olaraq texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, xarici mənşəli uyğunluq sənədləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə tanınır. Beynəlxalq müqavilədə nəzərdə tutulmuş birbaşa tanınma hallarında təsərrüfat subyekti tərəfindən xarici mənşəli uyğunluq sənədi uyğunluğu qiymətləndirən qurumlara deyil, bilavasitə gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına təqdim edilir.

Xarici mənşəli uyğunluq sənədləri bu Qayda ilə müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, təsərrüfat subyekti həmin malların idxalından əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir.

Qayda Azərbaycana idxal edilən barəsində milli texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul olunmuş mallara şamil edilir.

Tanınma uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

Tanınmış xarici mənşəli uyğunluq sənədləri həmin sənədlərdə qeyd olunan mal vahidinə, mal partiyasına və ya seriyalı istehsala şamil edilir.

Xəbəri paylaş Dostlarınıza göndərin