İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək"

"6 il öncə Azərbaycanın əldə etdiyi Zəfərdən sonra işğaldan azad olunan ərazilərimiz genişmiqyaslı bərpa-quruculuq mərhələsinə qədəm qoydu. Böyük Qayıdış ilə bağlı birinci dövlət proqramının icrası bu il başa çatacaq və növbəti proqram 2027-2030-cu illəri əhatə edəcək". Leqal Xəbər

8 baxış 3 dəq

"6 il öncə Azərbaycanın əldə etdiyi Zəfərdən sonra işğaldan azad olunan ərazilərimiz genişmiqyaslı bərpa-quruculuq mərhələsinə qədəm qoydu. Böyük Qayıdış ilə bağlı birinci dövlət proqramının icrası bu il başa çatacaq və növbəti proqram 2027-2030-cu illəri əhatə edəcək".

Leqal Xəbər məlumat verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən həmin ərazilərimizdə ilkin mərhələdə nəqliyyat, sosial, kommunal və digər infrastrukturun formalaşdırılması zəruri idi:

"Bu müddətdə yalnız dövlət büdcəsindən həmin ərazilərimizin bərpasına 26 milyard manat vəsait ayrılıb. Zəfərdən keçən müddətdə işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3 720.5 kilometr təşkil edən 64 adda avtomobil yolunun tikintisi icra edilir. İndiyədək ümumi uzunluğu 1 338 kilometr olan 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb. Strateji əhəmiyyət daşıyan 3 beynəlxalq hava limanı istifadəyə verilib".

"Zəfərdən sonra milli təhlükəsizliyimizin və müdafiə qabiliyyətimizin daha da gücləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə intensiv məskunlaşma əsas prioritetlərdən olub. Hazırda işğaldan azad olunan ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma isə Ağdam rayonunda qeydə alınıb. 8 300 nəfər artıq bu rayonumuzda məskunlaşıb. Cəbrayıl rayonunda isə 7 112 keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb.

İnfrastrukturun formalaşması intensiv məskunlaşma üçün xüsusi zəmin yaratmaqdadır. Növbəti aylarda və eləcə də 2027-ci ildə həmin ərazilərimizdə kütləvi məskunlaşma olacaq. Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdlarında ev təklif ediləcək. Heç bir keçmiş məcburi köçkün prosesdən kənarda qalmayacaq. Bu dövlət başçısının siyasi iradəsidir. Ötən müddətdə Prezident işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər edib. Bu səfərlər və tədbirlər çərçivəsində dövlət başçısı 180-dən çox layihənin təməlini qoyub və 170-dən çox obyektin açılışında iştirak edib. Dünyanın heç bir ölkəsində dövlət başçısı bir bölgəyə bu qədər çox səfər etməyib. Bu dövlət başçısının məskunlaşma və yenidənqurma prosesinə xüsusi diqqətini bir daha təsdiq edir", - deputat vurğulayıb.

Onun sözlərinə görə, Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb:

"Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var".

Xəbəri paylaş Dostlarınıza göndərin