İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

VƏTƏNDAŞLARIN ADINA SAXTA ŞİRKƏTLƏR AÇIB MİLYONLAR MƏNİMSƏYİBLƏR – MƏHKƏMƏ BAŞLADI!

LEQAL XƏBƏR məlumat verir ki, vətəndaşları aldadaraq onların adına şirkətlər təsis edən və həmin şirkətlər vasitəsilə qanunsuz maliyyə əməliyyatları həyata keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, vətəndaşları aldadaraq onların adına şirkətlər təsis edən və həmin şirkətlər vasitəsilə qanunsuz maliyyə əməliyyatları həyata keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun araşdırması nəticəsində cinayət işi üzrə 10-a yaxın şəxs məsuliyyətə cəlb edilib. Təqsirləndirilən şəxslər arasında “SHARM DİZAYN” MMC-nin rəhbəri Elton Səlimov, “KANARYA.LLD” MMC-nin rəhbəri Çələbi Məmmədov, “ZINAV-LTD” MMC-nin rəhbəri Rövşən Hüseynov və digər şəxslər var.

İş materiallarına əsasən, dəstə üzvləri müxtəlif vətəndaşları aldadaraq onların adına VÖEN və şirkətlər rəsmiləşdirib, daha sonra həmin hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Zərərçəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra adına şirkət açıldığını və həmin şirkət üzrə 55 min manat vergi borcu yarandığını öyrənib.

Digər zərərçəkən isə xaricə getmək istəyərkən onun ölkədən çıxışına məhdudiyyət qoyulduğunu müəyyən edib. Araşdırma zamanı onun adına rəsmiləşdirilən şirkətlər üzrə 40 min manatdan artıq vergi borcunun yarandığı məlum olub.

İstintaqla həmin şəxsin adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə 1 milyon manatdan artıq dövriyyənin qeydə alındığı müəyyən edilib.

İttihama görə, təqsirləndirilən şəxslər bu əməllər nəticəsində milyonlarla manat qanunsuz gəlir əldə ediblər.

Toplanmış sübutlar əsasında Çələbi Məmmədov və Rövşən Hüseynov da daxil olmaqla bir sıra şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf kimi tanınıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 178.4, 193-1.3.1, 193-1.3.2, 193.3.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş Dostlarınıza göndərin