İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən noyabrın 13-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışının tarixi noyabrın 12-nə dəyişdirilib. Leqal Xəbər istinadla

8 baxış 3 dəq

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən noyabrın 13-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışının tarixi noyabrın 12-nə dəyişdirilib.

Leqal Xəbər istinadla bildirir ki bu barədəBAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər:

"Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 11-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər".

Məlumata görə, polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 12-də 08:00-da keçiriləcək:

"DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində baş tutacaq sıra baxışına və Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək vətəndaş qəbuluna gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur".

Xəbəri paylaş Dostlarınıza göndərin