LEQAL XƏBƏR verir ki, bu barədə Venesuela Rabitə və İnformasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 24-də baş verən zəlzələlər nəticəsində yaralıların sayı 16 740 nəfər olaraq qalır. İndiyədək 25 016 zəlzələ qurbanına tibbi yardım göstərilib.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7.2 və 7.5 bal gücündə iki zəlzələ qeydə alınıb. Güclü yeraltı təkanlar ölkənin bir çox bölgəsində genişmiqyaslı dağıntılara səbəb olub.
Qeyd edək ki, nazirliyin əvvəlki açıqlamasında ölənlərin sayının 3 342 nəfər olduğu bildirilmişdi.![]()