İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Velosiped qəzalarında 9 nəfər ölüb

Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texniki

18 baxış 3 dəq
DİN-dən legalxəbərə verilən məlumata görə velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texniki sazlığını təmin etməsi, sutkanın qaranlıq vaxtı və görünmənin məhdud olduğu şəraitdə isə yolda görünmələri üçün zəruri tədbirlər görməsi xüsusi əhəmiyyət daşıyır. Cari ilin ilk 9 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsinin qeydə alınması, həmin hadisələrdə 9 nəfərin həyatını itirməsi və 8 nəfərin xəsarət alması ciddi narahatlıq doğurmaqla yanaşı, qaydalara əməl etməyin və şəxsi təhlükəsizlik tədbirləri görməyin həyati əhəmiyyətini göstərir.
Respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxslər xüsusilə ehtiyatlı olmalıdırlar. Sutkanın qaranlıq vaxtı və ya görünmənin məhdudlaşdığı şəraitdə lazımi tədbirlər görmədən, eləcə də texniki cəhətdən nasaz və müvafiq avadanlıqla təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yollarına çıxmaq ağır nəticəli qəzaların başvermə riskini artırır.
Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçi xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidir. Velosiped texniki cəhətdən saz və lazımi avadanlıqla təchiz olunmalı, onun idarə edilməsinə mane olan yük və ya sərnişin daşınmamalıdır.
Baş Dövlət Yol Polisi İdarəsi velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitələrini idarə edən digər şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.

Xəbəri paylaş Dostlarınıza göndərin