İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ukraynaya 645 milyon avroluq növbəti hərbi yardım olacaq

Danimarka və Ukrayna Kiyevə 645 milyon avro məbləğində yeni hərbi yardım paketinin verilməsi barədə razılığa gəlib. Leqal Xəbər Report-a əsasən məlumat verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb. "Danimarkanın Baş naziri Mette

12 baxış 3 dəq

Danimarka və Ukrayna Kiyevə 645 milyon avro məbləğində yeni hərbi yardım paketinin verilməsi barədə razılığa gəlib.

Leqal Xəbər Report-a əsasən məlumat verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.

"Danimarkanın Baş naziri Mette Frederiksenlə yaxşı görüş olub. Ukrayna üçün 645 milyon avroluq yeni müdafiə paketi var", - paylaşımda bildirilir.

Zelenskinin sözlərinə görə, paket ilk növbədə zərbə pilotsuz uçuş aparatlarının (PUA) və müdafiə dronlarının, F-16 qırıcıları üçün döyüş sursatlarının alınmasının maliyyələşdirilməsini, eləcə də PURL proqramına dəstəyi nəzərdə tutur.

O, Rusiyanın Ukraynanın enerji və digər kritik əhəmiyyətli infrastrukturuna ballistik hücumlarını davam etdirməsi fonunda bu dəstəyi çox vacib və vaxtında atılmış addım adlandırıb.

Bundan əlavə, tərəflər əlavə humanitar dəstəyi müzakirə ediblər. Xüsusilə, Danimarka Xerson vilayətinin enerji ehtiyacları üçün 20 milyon avro ayırmaq qərarına gəlib. Zelenski qeyd edib ki, regiona dəstək onun işğaldan azad edilməsinin dördüncü ildönümü ərəfəsində xüsusilə vacibdir.

Danışıqlar zamanı həmçinin "Drone Deal" təşəbbüsü çərçivəsində əməkdaşlığın nəticələri, silahların birgə istehsalının inkişafı və FREYJA antiballistik proqramı üzərində iş müzakirə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin