LEQAL XƏBƏR xəbər verir ki, bu barədə parlamentin canlı yayımına istinadən "RBK-Ukrayna" məlumat yayıb.
Məlumata görə, Sergey Koretskinin Baş nazir təyin olunmasının lehinə 289 deputat səs verib.
Qeyd edək ki, Ukrayna parlamenti bu həftədən etibarən Nazirlər Kabinetində genişmiqyaslı kadr dəyişikliklərinə başlayıb. İyulun 14-də sabiq Baş nazir Yuliya Sviridenko istefaya göndərilib və bununla da hökumətin fəaliyyəti başa çatıb.
Prezident Volodimir Zelenskinin hökuməti yeniləmək planları ilə bağlı xəbərlər yayılandan sonra ölkədə kadr dəyişiklikləri əsas müzakirə mövzularından birinə çevrilib. Bildirilir ki, Sviridenkonun hökumətində çalışan nazirlərin əksəriyyətinin vəzifələrini qoruyacağı gözlənilsə də, bəzi nazirlər postlarını tərk edəcəklər.
Məlumat üçün bildirək ki, Sergey Koretski 2025-ci ildən "Naftogaz Ukrayna" şirkətinə rəhbərlik edir. O, bundan əvvəl həm özəl sektorda, həm də dövlət enerji müəssisələrinin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.![]()