LEQAL XƏBƏR məlumat verir ki, Mütləq Döyüş Çempionatının (UFC) orta çəki dərəcəsində çempionu, ABŞ-li döyüşçü Şon Striklend qayadan suya tullandıqdan sonra boğulmağa başlayan bir şəxsin həyatını xilas edib.
Məlumata görə, Striklend əvvəlcə baş verən hadisəni zarafat hesab etsə də, həmin şəxsin suyun dibinə getdiyini gördükdən sonra tərəddüd etmədən suya atılaraq onu xilas edib.
Qeyd edək ki, Şon Striklend bu ilin may ayında BƏƏ-ni təmsil edən Həmzət Çimayev üzərində qələbə qazanaraq UFC-nin orta çəki dərəcəsində çempion titulunu əldə edib.