İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ucarda fermerlər üçün toxum satış məntəqəsi fəaliyyətə başlayıb

Fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara çıxışını asanlaşdırmaq məqsədilə bölgələrdə yeni satış məntəqələrinin təşkili davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) “Aqroservis” ASC ilə birgə həyata keçirdiyi tədbirlər çərçivəsində növbəti satış

12 baxış 3 dəq

Fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara çıxışını asanlaşdırmaq məqsədilə bölgələrdə yeni satış məntəqələrinin təşkili davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) “Aqroservis” ASC ilə birgə həyata keçirdiyi tədbirlər çərçivəsində növbəti satış məntəqəsi Ucar rayonunda fəaliyyətə başlayıb. Fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumları təqdim olunur. Bu barədə Leqal Xəbər Kənd Təsərrüfatı Nazirliyinə istinad edərək məlumat verir.

Toxum təminatının yaxşılaşdırılması və fermerlərin keyfiyyətli, sertifikatlı toxumlara əlçatanlığının artırılması “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri sırasındadır. Bu məqsədlə yaradılan satış məntəqələri fermerlərə ehtiyac duyduqları toxumları yaşadıqları bölgələrdə əldə etmək imkanı yaradacaq, xüsusilə əkin sahələri geniş, lakin toxum satışının məhdud olduğu rayonlarda vaxt və nəqliyyat xərclərinin azalmasına, eləcə də toxumla təminatın asanlaşmasına şərait yaradacaq.

Bölgələrdə satış məntəqələrinin yerləşdirilməsi zamanı rayonların əkin sahələrinin həcmi, toxum bazarındakı mövcud vəziyyət və fermerlərin tələbatı nəzərə alınır. Belə yanaşma keyfiyyətli toxumların daha geniş ərazidə əlçatan olmasına və toxum təminatında regionlar üzrə imkanların yaxşılaşdırılmasına xidmət edir.

Həmçinin, fermerlərin toxum istehsalçıları ilə birbaşa əlaqə qurmasını asanlaşdırmaq üçün AXA-nın rəsmi internet səhifəsində də müvafiq məlumatlar yerləşdirilib. Burada toxum istehsalçılarının adları, əlaqə vasitələri, istehsal etdikləri bitki növləri və sortları, toxumların reproduksiyası, eləcə də fəaliyyət göstərdikləri rayonlar barədə məlumat əldə etmək mümkündür. Bu imkan fermerlərə təsərrüfatlarının tələbatına uyğun sertifikatlı toxum seçmək və istehsalçılarla birbaşa əlaqə saxlamaq şəraiti yaradır.

Qeyd edək ki, sertifikatlı toxumların satışı artıq “Aqroservis” ASC-nin Neftçala və Ucar bölmələrində başlayıb. Növbəti günlərdə satış məntəqələri Sabirabad və Şəki bölmələrində, eləcə də İsmayıllı rayonunda “İvanovka Aqroparkı”nın ərazisində fəaliyyət göstərəcək. Belə ki, Sabirabadda satışa noyabrın 5-də, Şəki və İsmayıllıda isə noyabrın 6-da başlanılacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin