İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

UÇAN TAKSİ HAVAYA QALDIRILDI

LEQAL XƏBƏR məlumat verir ki, Qazaxıstanın paytaxtı Astanada ilk dəfə olaraq pilotsuz "AutoFlight Prosperity" aerotaksisinin sınaq uçuşu uğurla həyata keçirilib. Çin və Qazaxıstan şirkətlərinin birgə reallaşdırdığı layihə çərçivəsində sınaq uçuşu "Kazanat" hippodromunun

11 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Qazaxıstanın paytaxtı Astanada ilk dəfə olaraq pilotsuz "AutoFlight Prosperity" aerotaksisinin sınaq uçuşu uğurla həyata keçirilib.

Çin və Qazaxıstan şirkətlərinin birgə reallaşdırdığı layihə çərçivəsində sınaq uçuşu "Kazanat" hippodromunun ərazisində baş tutub. Uçan taksi şaquli şəkildə havaya qalxaraq eyni üsulla eniş edib.

Sınaq zamanı aparat havada 10 dəqiqə qalıb, iki dövrə vuraraq ümumilikdə 2,4 kilometr məsafə qət edib. Təhlükəsizlik məqsədilə kabinədə sərnişin olmayıb və uçuş əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə tam avtomatik rejimdə həyata keçirilib.

Məlumata görə, aerotaksi Astanada keçiriləcək "Gələcəyin Oyunları" tədbirində xüsusi eksponat kimi nümayiş etdiriləcək. Ziyarətçilər iyulun 29-u və 30-da aparatı yaxından görə biləcəklər.

Beş sərnişin və bir pilot üçün nəzərdə tutulan model 13 elektrik mühərriki ilə təchiz olunub. Uçan taksi saatda 200 kilometr sürət yığa bilir və tam enerji ilə 200 kilometrədək məsafə qət etmək imkanına malikdir.

Qeyd edək ki, Qazaxıstanda uçan taksinin ilk sınaq uçuşu bu ilin mayın 19-da Alatau şəhərində yerləşən "Alatau City" ərazisində keçirilmişdi. Həmin ərazi şəhər hava mobilliyi layihələrinin sınaqdan keçirilməsi üçün xüsusi eksperimental hüquqi rejim zonası kimi müəyyən edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin