İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Üç ölkə Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir

Ukrayna Türkiyə, Misir və Hindistanla Qara dənizdə mülki gəmiçiliyin, xüsusən kənd təsərrüfatı ixracı üçün açılması ehtimalı ilə bağlı danışıqlar aparır. Leqalxəbər -in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Bloomberg"ə bildirib. Nəşr qeyd edir ki, Qara dəniz

13 baxış 3 dəq

Ukrayna Türkiyə, Misir və Hindistanla Qara dənizdə mülki gəmiçiliyin, xüsusən kənd təsərrüfatı ixracı üçün açılması ehtimalı ilə bağlı danışıqlar aparır.

Leqalxəbər -in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Bloomberg"ə bildirib.

Nəşr qeyd edir ki, Qara dəniz limanları Ukraynadan qida ixracının əsas marşrutudur. Onlar mövsümdə 40 milyon tona qədər taxıl daşıya bilirlər, lakin Rusiyanın liman infrastrukturuna və gəmilərinə hava hücumları səbəbindən ixrac avqustdan dayandırılıb.

"Biz dəmir yolu ilə bu qədər həcmdə daşımaları həyata keçirə bilmərik", - Ukrayna Prezidenti izah edib.

O, bildirib ki, Türkiyə, Misir və Hindistan öz bayraqları altında üzən gəmilərin təhlükəsiz keçidini təmin etməyi təklif ediblər. Sazişin mahiyyəti ondan ibarətdir ki, bu gəmilər həm Ukrayna, həm də Rusiya limanlarına daxil ola və qida məhsulları daşıya biləcəklər.

"Bir gəmi bizim limanımıza, digəri isə Rusiya limanına gedir və biz bu gəmilərin heç birinə zərbə vurmamaq barədə razılığa gəlirik", - Zelenski qeyd edib.

Lakin Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya Türkiyə, Hindistan və Misir vasitəçilərinin mütəmadi müraciətlərinə baxmayaraq, bu plana qarşı çıxır.

Ukrayna liderinin aydınlaşdırıb ki, Kiyev Brüsseldən 2022-ci ildə müharibənin əvvəlində Ukraynaya Avropa dəmir yolları və limanları vasitəsilə taxıl ixracına imkan verən "həmrəylik dəhlizləri" proqramını yeniləməyi xahiş edib.

"Biz Aİ-dən taxıl ixracını asanlaşdırmaq üçün "həmrəylik dəhlizlərini" yeniləməyi xahiş edirik. Hər kəsin bu taxıla ehtiyacı var", - o vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin