LEQAL XƏBƏR verir ki, Çexiyada ildırım vurması nəticəsində beşi uşaq olmaqla altı nəfər xəsarət alıb.
Hadisə yay istirahəti üçün nəzərdə tutulmuş uşaq düşərgəsində baş verib.
Məlumata görə, qrupu müşayiət edən kişi ildırım vurması nəticəsində huşunu itirib. Həkimlər onun bədənində elektrik cərəyanının təsirlərini aşkar ediblər.
Xəsarət alanlar dərhal yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.