Türkiyəyə, xüsusilə Ankara istiqamətində səfər edəcək sərnişinlərə mühüm xəbərdarlıq edilib.
LEQAL XƏBƏR verir ki, Esenboğa Hava Limanının operatoru TAV NATO Zirvəsi ilə əlaqədar 6–12 iyul tarixlərində Ankarada gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq olunacağını açıqlayıb.
Bildirilib ki, bu müddətdə şəhər daxilində bəzi yollar bağlana, nəqliyyatın hərəkətində sıxlıq və məhdudiyyətlər yarana bilər.
Bundan əlavə, 7-8 iyul tarixlərində əməliyyat tənzimləmələri səbəbindən bəzi aviareyslərin cədvəlində dəyişikliklərin olacağı istisna edilmir.
Sərnişinlərə hava limanına daha tez yola düşmək, marşrutlarını əvvəlcədən planlaşdırmaq və uçuşları ilə bağlı son məlumatları aviaşirkətlər vasitəsilə yoxlamaq tövsiyə olunub.