İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu

Türkiyənin Nevşehir şəhər polisinin qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı keçirdiyi əməliyyatlar zamanı 119 nəfər saxlanılıb. Leqal Xəbər bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Bildirilib ki, saxlanılan şəxslərdən 90 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri

11 baxış 3 dəq

Türkiyənin Nevşehir şəhər polisinin qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı keçirdiyi əməliyyatlar zamanı 119 nəfər saxlanılıb.

Leqal Xəbər bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir.

Bildirilib ki, saxlanılan şəxslərdən 90 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nevşehir prokurorluğunun apardığı istintaq zamanı müəyyən edilib ki, şübhəlilər Avanos rayonundakı əyləncə məkanlarından biri və Adanadakı bəzi şəxslərlə əlaqəli şəkildə fəaliyyət göstəriblər. Onların komissiya müqabilində bank hesablarına dair məlumatlar topladıqları, qanunsuz mərc fəaliyyətindən gəlir əldə etdikləri və həmin vəsaitləri kriptovalyuta birjaları və zərgərlər vasitəsilə yuduqları bildirilib. Altı zərgərin də cinayət yolu ilə əldə olunan gəlirlərin yuyulmasında iştirak etdiyi müəyyənləşdirilib.

Şübhəlilərin yaratdıqları şirkətlərin bank hesablarında təxminən 20 milyard lirə olduğu aşkarlanıb. Bununla əlaqədar noyabrın 3-də Nevşehir də daxil olmaqla 34 vilayətdə əməliyyatlar keçirilib.

800-dən çox polis əməkdaşının iştirak etdiyi əməliyyatlar zamanı 119 şübhəli saxlanılıb. Axtarışlar zamanı altı qanunsuz tapança, iki qanunsuz tüfəng, bir qılınc, çoxlu sayda patron, müxtəlif şəxslərə məxsus bank kartları və rəqəmsal materiallar aşkar edilərək götürülüb.

Xəbəri paylaş Dostlarınıza göndərin