İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Türkiyəli nazir: "75 nəfərdən 40 milyard lirədən çox vəsait geri alınıb"

Türkiyənin ədliyyə naziri Akın Gürlek fondlarla bağlı istintaqlar çərçivəsində 129 şübhəlinin həbs edildiyini, 289 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiq olunduğunu bildirib. Leqal Xəbər məlumat verir ki, nazir bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki,

7 baxış 3 dəq

Türkiyənin ədliyyə naziri Akın Gürlek fondlarla bağlı istintaqlar çərçivəsində 129 şübhəlinin həbs edildiyini, 289 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiq olunduğunu bildirib.

Leqal Xəbər məlumat verir ki, nazir bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

O bildirib ki, fondlarla bağlı istintaqlar yeni sübutlar əsasında genişləndirilir. Nazirin sözlərinə görə, fond rəhbərləri və bazar iştirakçıları ilə yanaşı, nəzarət prosesləri ilə bağlı iddialar da araşdırılır.

Gürlek qeyd edib ki, hazırda istintaq çərçivəsində 498 şübhəli var. Onlardan 129-u həbs edilib, 289 nəfər barəsində məhkəmə nəzarəti tədbiri seçilib. Axtarışda olan 54 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Saxlanılan 22 nəfərlə bağlı prosessual tədbirlər isə davam edir.

Nazir əlavə edib ki, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan gəlirlərin gizlədilməsinin qarşısını almaq məqsədilə 417 fiziki və 149 hüquqi şəxsin əmlakı barəsində müsadirə və dondurma qərarları qəbul edilib.

"Vəsaitlərin könüllü qaytarılması və geri alınması çərçivəsində 75 nəfərdən təxminən 40,4 milyard lirə toplanıb. Bir daha açıq şəkildə bildirirəm: vəsaitlərin könüllü qaytarılması öz-özlüyündə hüquqi məsuliyyəti aradan qaldırmır", - deyə o vurğulayıb.


Xəbəri paylaş Dostlarınıza göndərin