İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Türkiyədə F-16 qəzaya uğradı - Pilot şəhid oldu

Türkiyənin Balıkesir şəhərində 9-cu Əsas Qırıcı Aviasiya Bazası Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində pilot şəhid olub. Balıkesir valisi İsmayıl Ustaoğlu sosial media hesabında bildirib ki, təyyarə təxminən saat 00:50 radələrində qəzaya

12 baxış 3 dəq

Türkiyənin Balıkesir şəhərində 9-cu Əsas Qırıcı Aviasiya Bazası Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb.

Hadisə nəticəsində pilot şəhid olub.

Balıkesir valisi İsmayıl Ustaoğlu sosial media hesabında bildirib ki, təyyarə təxminən saat 00:50 radələrində qəzaya uğrayıb.

“Pilotlarımızdan biri şəhid olub. Şəhidimizə və ailəsinə başsağlığı verirəm. Millətimizin başı sağ olsun”, – deyə vali qeyd edib.

Milli Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, saat 00:56-da havaya qalxan F-16 təyyarələrindən biri ilə radio əlaqəsi və izləmə məlumatları itib. Dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və qalıqları tapılıb.

Nazirlik pilotun şəhid olduğunu təsdiqləyib və qeyd edib ki, qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalardan sonra müəyyən ediləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin