Leqal xəbər məlumat verir ki, Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.
Məlumata görə, “Cəhənnəm Necati” kimi tanınan Coşkun Necati Arabacının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanılıb. Araşdırmalar zamanı şəbəkənin Almaniya, Braziliya və İspaniyada narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu müəyyən edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.