İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Türkiyə ilə Azərbaycan arasındakı etimad..

MHP sədri Dövlət Bağçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət etməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Leqal Xəbər məlumat verir ki., Bağçalı bu barədə Milliyyətçi Hərəkat

14 baxış 3 dəq

MHP sədri Dövlət Bağçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət etməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Leqal Xəbər məlumat verir ki., Bağçalı bu barədə Milliyyətçi Hərəkat Partiyasının Mərkəzi İdarə Heyətinin, Mərkəzi İntizam Şurasının üzvlərinin və deputatların birgə toplantısından sonra yaydığı yazılı açıqlamada qeyd edib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və xalqların mənəvi birliyi üzərində qurulub.

"Dövlətlər arasında fərqli qiymətləndirmələr və həllini gözləyən məsələlər, əlbəttə ki, ortaya çıxa bilər. Əsas məsələ bu problemləri qardaşlıq münasibətlərinə xələl gətirmədən, qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsini nümayiş etdirməkdir.

Türkiyə ilə Azərbaycanın bir-birinə duyduğu etimadın qorunması iki dövlət arasındakı həmrəyliyin davam etdirilməsi və türk dünyasının ortaq gələcəyinin təmin edilməsi baxımından vazkeçilməzdir", - deyə Bağçalı vurğulayıb.

MHP sədri gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün türk dünyasının ortaq gələcəyinə dair iradənin mühüm göstəricisi olacağını da bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin